Texnologiya

"Samsung"dan sonra indi də "iPhone" partladı - FOTO

22 Oktyabr 2016 10:19
1 Şərh     Baxış: 2 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada idman müəllimi Mat Cons "iPhone 7" markalı telefonunun partladığını iddia edib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, iddialara görə, telefon maşında olarkən partlayıb. Belə ki, müəllim 1 həftəlik telefonunu maşında qoyub gedib, bir neçə saat sonra maşının yanına gələn müəllim təəccüblənib. O, maşının şüşələrinin tamamilə qaraldığını görüb. Nə baş verdiyini anlamadan maşının qapılarını açan Mat Cones "iPhone 7"sinin partladığını görüb.

Mat Cones bu barədə şikayət edib. O bildirib ki, telefonu heç vaxt əlindən yerə salmayıb. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Samsung Note 7 modelləri də tez-tez partlayır. Hətta bir çox aviaşirkətlər Samsung Note 7 ilə səyahət etməyi qadağan edib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.