Texnologiya

Bunu da gördük - internetli ayaqqabı - FOTO

21 Oktyabr 2016 20:23
0 Şərh     Baxış: 2 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Virgin America" şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib. Bu idman ayaqqabıları, öz fərqli dizaynı ilə seçilməklə yanaşı həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüksək keyfiyyətli idman ayaqqabıları italyan dərisindən hazırlanıb və sözün əsl mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli kiçik ekran ilə təmin olunmuşdur. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3 saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün isə Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə, italyan gətirilən xüsusi dəri ilə əldə tikilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.