Texnologiya

“Windows 10” Danimarka və Norveçdə lider oldu

22 Oktyabr 2016 08:25
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 10" əməliyyat sistemi yayılmasına görə Norveç və Danimarkada lider mövqeləri tutur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda bütün dünyada ən populyar sistem "Windows 7" olaraq qalmaqdadır. Ancaq Skandinaviya ölkələri demək olar ki, tam olaraq "Microsoft"un ən son proqram təminatından istifadəyə keçib.

İlk əvvəl Danimarka və Norveçdən olan istifadəçilər "Windows 10"-u olduqca müsbət qarşılayıblar ki, bu da "Microsoft"a bazarın yarısını fəth etməyə imkan verib. Norveç ərazisində bu əməliyyat sistemi 36,7 faiz masaüstü cihazlarda yüklənib. "Windows 7"-nin payı isə 27,8 faizə qədər azalıb. Üçüncü yerdə 19,6 faiz bazar payı ilə "macOS" əməliyyat sistemi qərarlaşıb.

Danimarkada "Windows 10" üçün vəziyyətdə daha qənaətbəxşdir. Onunla işləməyə ölkə sakinlərinin 42,4 faizi işləməyə başlayıb. "macOS"un payı 23,1 faiz təşkil edir, "Windows 7"-nin auditoriyası isə 20 faizə qədər azalıb. Hər iki ölkədə istifadəçilər "Windows XR" əməliyyat sistemindən istifadə etmirlər.

Skandinaviya ölkələrində əldə olan nəticələrə baxmayaraq, "Windows 7" hələ də dünya bazarının lideri olaraq qalmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.