Texnologiya

Avropol: “Kiberfırıldaqçılıq sürətlə inkişaf edir”

1 Oktyabr 2016 08:51
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının polis xidməti olan Avropol kiberhücumların sayında xeyli artım qeydə alıb.
Son məlumatlara əsasən, 2015-ci ildə Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi kiberfırıldaqçılığın aradan qaldırılması üzrə 131 uğurlu əməliyyat keçirib ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni hesabata əsasən, hökumət kiberaraşdırmaya önəm verməli və fırıldaqçılar tərəfindən istifadə edilən alətləri daha yaxşı müəyyənləşdirməyi bacarmalıdır.

Polisin kiberfırıldaqçılarla kifayət qədər uğurlu mübarizə aparmasına baxmayaraq, sonuncular hüquq-mühafizə orqanları üçün əsl başağrısı yaradan yeni daha mürəkkəb alətlər yaradırlar.

Bundan başqa, Avropol cəmiyyətin texnologiyalardan asılılığından istifadə edən kiberfırıldaqçılar cəmiyyətinin böyüməsindən çox narahatdır.

Avropol, həmçinin kiberfırıldaqçılığın insan alveri, terrorizm və başqa təhlükələrlə əlaqəsini qeydə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.