Texnologiya

“Google” taksi xidməti yaradır

1 Sentyabr 2016 08:41
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Uber" və "Lyft" taksi xidmətləri ilə rəqabətə girəcək yeni xidmət yaradır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əvvəlcə "Google" Kaliforniyadakı mənzil-qərargahının yaxınlığında öz əməkdaşları üçün bu layihəni tətbiq edib. Layihəyə əsasən əməkdaşlar "Waze" proqram əlavəsi vasitəsilə xidmətlə əməkdaşlıq edən sürücüləri tapır və onlara sifariş verir. Payızda isə "Waze" San-Fransiskodakı istifadəçilər üçün keçərli olacaq. Əgər layihə uğur qazanarsa, "Google" onu genişləndirməyi düşünür.
 
"Waze"in "Uber" və "Lyft"dən fərqi odur ki, xidmətin sürücülərinə yalnız taksinin marşrutu üzrə hərəkət edən sərnişinləri tapmağa imkan verir. Xidmət aşağı tariflər təklif edir.
 
San-Fransiskoda istənilən yerli istifadəçi sürücü qismində qeydiyyatdan keçə bilər. Lakin sürücülərin müştəri dairəsi 25 min nəfərlə məhdudlaşacaq. Bunlar bir neçə firmanın - "Google", "Adobe" və "Wal-Mart"ın əməkdaşları olacaq. "Waze" vasitəsilə yalnız gündə iki dəfə - işə və işdən sonra hərəkət etmək mümkündür.
 
Qeyd edək ki, "Waze" yollardakı vəziyyəti real rejimdə izləyən və optimal hərəkət marşrutlarını müəyyən edən İsrail xidmətidir. "Google" 65 milyon fəal istifadəçisi olan bu xidməti 2013-cü ildə satın alıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.