Texnologiya

Noutbukun "ata"sı vəfat etdi

30 Avqust 2016 08:21
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ilk noutbuk yaradıcılarından biri Con Allenbi avqustun 17-də ABŞ-da vəfat edib. Bu barədə "The New York Times" nəşri 10 gün sonra alimin oğluna istinadən məlumat verib. 75 yaşında dünyasını dəyişən C.Allenbinin ölüm səbəbi hələ ki məlum deyil.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniyada anadan olan C.Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında "Grid Systems" şirkətini təsis edib. O, konstruktor Uilyam Moqqric ilə birlikdə ixtiraçılar qrupu yaradaraq 1982-ci ildə bazara çıxarılan ilk portativ "Compass" kompüterini hazırlayıb. Kompüterin ilk alıcıları kimi adi istehlakçılar deyil, ABŞ-ın xüsusi təyinatlı qoşunları və xüsusi xidmət orqanları çıxış edib.

Belə portativ kompüterlərdən biri 28 yanvar 1986-cı ildə uçuşun 73 saniyəsində partlayan "Challenger" kosmik gəmisinin göyərtəsində olub. Qəza yeddi ekipaj üzvünün həyatına son qoysa da, "Compass" möcüzə nəticəsində salamat qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.