Texnologiya

Twitter gəlirini açıqladı

27 İyul 2016 22:50
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın məşhur sosial şəbəkələrindən olan Twitter, bu ilin ikinci rübünə dair dəqiq mənfəət və gəlirini açıqlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Twitter ofosindən bildiriblər ki, bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrünə nisbətən 20% artım göstərərək 602 milyon dollar olub. Şirkət 2015-ci ilin aprel-iyun dövründə 502 milyon dollar gəlir əldə etmişdi.
 
Twitter-in gəlirindəki artım 2013-cü ildən etibarən ən yavaş sürətlə reallaşdığı qeyd olunub.
 
Həmçinin, açıqlamada şirkətin bu ilin ikinci rübündə 107 milyon dollar zərər etdiyi vurğulanıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 137 milyon dollar zərər etmişdi.
 
Digər tərəfdən, Twitter-in bu ilin ikinci rübündəki aylıq orta hesabla aktiv istifadəçilərinin sayı, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 313 milyona çatıb. Bu məbləğin 82%-ni isə mobil istifadəçilər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.