Texnologiya

Hakerlər 10 milyon dollar oğurladı

25 İyun 2016 20:45
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiber cinayətkarlar Ukrayna banklarından olduqca böyük məbləğ - 10 milyon dollar pul çəkiblər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bunun səbəbkarı isə "Carbanak/Akunak" və "Buhtrap" haker qruplaşmalarından olan kompüter quldurlarıdır.  

Beynəlxalq İnternet Texnologiyaları Mütəxəssisləri Təşkilatının (İSACA) Kiyev bölməsinin məlumatına görə, hakerlər maliyyə qurumlarına SWIFT sistemi üzərindən hücum ediblər. Onlar müxtəlif banklara daxil olmaq üçün alətlər dəstini yaradıblar.

Bu günlərdə İSACA adı açıqlanmayan Ukrayna banklarının birindən 10 milyon dolların oğurlanması ilə bağlı məlumatları araşdırmaya başlayıb. Hakerlər bir neçə ay daxili prosesləri müşahidə edib və sonradan beynəlxalq banklararası sistem və elektron ödənişlər sistemi ilə ödənişlər həyata keçiriblər.  

Kiber oğrular həmçinin bankomatlara və kart prossenq xidmətlərinə də hücum edirlər.

Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.