Texnologiya

"İnstagram"dan möhtəşəm YENİLİK

24 May 2016 10:06
0 Şərh     Baxış: 2 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkil və video paylaşma platforması "İnstagram" müəyyən təşkilati istifadəçilər üçün yenilik tətbiq etməyə hazırlaşır.

Milli.Az anspress-ə istinadən bildirir ki, yenilik firmaların "İnstagram" izləyicilərinə asanlıqla nəzarət edə bilməsini təmin edəcək. 

Digər tərəfdən sosial şəbəkənin yaxın zamanlarda istifadəyə verəcəyi "təqibçi" yeniliyi izləyicilərin qız və ya oğlan olması, onların yaşları kimi bir çox xüsusiyyətləri istifadəçilərə çatdıracaq.

Bu daha çox İnstaqram vasitəsi ilə satış edənlərin işinə yarayacaq.
 

Ötən həftə milyonlarla istifadəçisi olan şəbəkə onu məşhurlaşdıran loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə ilə "İnstagram" yeni görkəmə bürünüb.
 

Əslində yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayacaq.
 

"İnstagram"ın dizayn komandasının rəhbəri İan Spalterin sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.
 

"İnstagram" şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir. Şəbəkə 2010-cu ilin oktyabr ayında yaradılıb. Şəbəkə xüsusilə məşhur insanlar arasında daha çox populyardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.