Texnologiya

Telefonunuzda heç vaxt bunu etməyin!

12 Fevral 2016 11:03
1 Şərh     Baxış: 8 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən çox satılan telefonlarından olan "iPhone" modellərində yeni səhv aşkarlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbərdarlıq edir ki, "Apple" brendindən olan telefonunuzda tarixi 1970-ci il 1 yanvar-a təyin etməyin. 

Əgər telefonunuzda səhvən və ya bilərəkdən tarix olaraq 1 yanvar 1970-ci il seçilsə, "iPhone" 5s, "iPad air", "iPad" mini 3 və digər yenilənmiş "Apple" texnologiyaları bağlanaraq istifadəyə yararsız olacaq.

Bu səhv amerikalı tələbə tərəfindən tapılıb. O, müxtəlif yollarla telefonu işə salmağa çalışsa da, onun bu cəhdləri uğursuz alınıb. Mövcud vəziyyətdə əlacsız qalan müştəri "Apple" şirkətinə müraciət edib. Şirkət belə bir hal ilə ilk dəfə qarşılaşdığını qeyd edərək, telefonu yenisi ilə əvəzləyib. 

Qeyd edək ki, "Apple"in köhnə modellərindən olan "iPhone" 5-də isə bu hal baş vermir. 

Bəxtiyar Umarlı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.