Texnologiya

"Avropada frilans jurnalistlərin hüquqları" mövzusunda veb-seminar keçiriləcək

8 Fevral 2016 15:44
Baxış: 2 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) müstəqil-araşdırmaçı jurnalistlər ("freelance" ) üçün veb-seminar keçirəcəklər. Seminarda  ekspert qismində Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) təmsilçisi, frilans jurnalist, BJF ekspert qrupunun üzvü Mayk Holdernes (Mike Holderness) və Almaniya Jurnalistlər Birliyinin (DJV)  təmsilçiləri çıxış edəcəklər.

Seminar müddətində frilans  jurnalistlərin hüquqları, onların fəaliyyətlərinin realizə edilməsi, rastlaşdıqları problemlər və çıxış yolları barədə əhəmiyyətli bilgilər veriləcək. Həmçinin, veb-seminara qoşulanların mövzu üzrə sualları cavablandırılacaq.

Seminarlar 10 fevral 2016-cı il tarixdə, Azərbaycan vaxtı ilə saat 17.00-da keçiriləcək.

Veb-seminarların izlənilməsi və müzakirələrə qatılmaq prosedurunu Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) ayrı-ayrı ölkələr üzrə yerli üzv təşkilatları həyata keçirəcəklər. Azərbaycanda təşkilatçı qismində İFJ və EFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) çıxış edirlər.
Veb-seminara qatılmaq istəyənlər üçün JuHİ ofisində şərait yaradılacaq. Maraqlı olanlar  [email protected]  elektron poçtu ilə saxlaya bilərlər.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.