Texnologiya

Trend-in 20 illiyi: Bütün dünya üçün Azərbaycan və region xəbərləri - MÜSAHİBƏ

7 Fevral 2016 22:53
Baxış: 2 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trend İnformasiya Agentliyi ötən il 20 illiyini qeyd etdi. Bu illər ərzində Trend təkcə yerli media məkanının liderlərindən biri kimi formalaşmayıb, həm də Azərbaycan və region xəbərlərinin nüfuzlu mənbəyi kimi özünü tanıdıb. Trend bir neçə dildə olan iri regional media resursdur. Mərkəzi Asiya üzrə regionların və İranın vacib informasiya mənbələrindən birinə çevrilib. Trend-in baş redaktoru Seymur Əliyev Day.Az-a müsahibəsində agentliyin təşəkkül tapması və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın bütün sahələrdə sürətli inkişafı və mətbuatın inkişafı üçün prioritet şəraitlərin yaradılması bir çox yerli mediaya yüksək səviyyəyə çatmağa imkan verdi. Dövlət kütləvi informasiya vasitələrinə hərtərəfli kömək göstərir. Ölkədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış evləri tikilib. Media orqanlarımızın beynəlxalq standartlara uyğun olmaları üçün hər şey edilir.

Trend 20 il ərzində əcnəbi oxucular arasında Azərbaycanı və ümumilikdə regionu dünyada təmsil edən nüfuzlu informasiya mənbəyi kimi qəbul edilən regional KİV-ə çevrilib.

Əminliklə demək olar ki, Trend 20 il ərzində böyük addımlarla dünyaya daxil olub. Və bu qiymətləndirmə subyektiv deyil. Bu, oxucularımız və həmkarlarımız tərəfindən təsdiq edilir. Trend-in tərəfdaşları arasında dünyanın iri informasiya agentlikləri var. Bu yaxınlarda "Thomson Reuters" ilə Trend-in ingilis xəbərlər xidmətinin materiallarının nüfuzlu EIKON xəbərlər sistemində olması barədə müqavilə bağladıq.

Əvvəllər transmilli medialardan olan həmkarlarımız regionumuzda baş verən hadisələrin işıqlandırılması barədə söhbət açılanda informasiya qıtlığına görə tez-tez şikayət edirdilər və bizə bütün Xəzər regionu ilə işləyən peşəkar ingilis dilli resurs yaratmağı tövsiyə edirdilər. Onlar deyirdilər ki, bu, Trend-ə marağı və onun xaricdə qəbul edilməsini gücləndirə bilər. Həmin vaxt bu, həyata keçilməz arzu - nüfuzlu, xaricdə tanınan informasiya agentliyi yaratmaq kimi görünürdü. Trend-in dünyanın nüfuzlu media forumlarına dəvət edilməsi, xəbərlərimizin dünyada ən çox tələbatın olduğu elit məlumat bazasında əlçatan olması bizə indi adi hal kimi görünür. Məsələn, bizim amerikalı tərəfdaşlarımız - MC şirkəti - Trend-in xəbərlərini gündəlik əsasda ABŞ-ın bütün qəzetlərinə tədarük edir. "Twitter"də Trend-in səhifəsinin abunəçiləri dünyanın nüfuzlu analitik mərkəzləri və konsaltinq agentlikləri, transmilli şirkətlər, beynəlxalq maliyyə və siyasi institutlar, Azərbaycanın və digər ölkələrin diplomatik korpus nümayəndələri, qabaqcıl analitiklər, ekspertlər və başqalarıdır.

Multidilli gənclərdən seçilmiş kollektivimiz jurnalistikanın ən yüksək tələbləri üzrə Qərb mütəxəssisləri tərəfindən öyrədilib və beynəlxalq informasiya sahəsində uğurla rəqabət aparır. Hazırda Trend 6 dildə xəbər xidmətinin fəaliyyət göstərdiyi, xəbərləri Azərbaycan, rus, ingilis, türk, fars və ərəb dillərində yazan və tərcümə edən agentlikdir.
Bununla yanaşı, Trend-in əməkdaşları rus, türk, ərəb və Britaniyanın mərkəzi radio və telekanalları tərəfindən ekspert qismində mütəmadi cəlb edilir, "Bloomberg", "The Huffington Post", "Time", "CNN Arabic", "The Washington Times", "Natural Gas Europe", "Stratfor" və bir çoxları isə mütəmadi qaydada Trend-in jurnalistlərinin materiallarını dərc edirlər.

Agentliyin Ekspert Şurasının əsasında beynəlxalq "Baku Network" diskussiya məkanı yaradılıb. Bu məkan siyasət, iqtisadiyyat, təhlükəsizlik sahələrində Azərbaycan və bütün dünyadan olan tanınmış və nüfuzlu ekspertləri birləşdirir. Biz Azərbaycanda nüfuzlu "think tank" formalaşdırmağı planlaşdırırıq.

Yuxarıda deyilənlərin hamısına baxmayaraq, biz hələ çox iş görməliyik. Biz bugünkü dünyada medianın rolunu başa düşürük və Azərbaycan barədə obyektiv informasiyanın ölkə hüdudlarından uzaqda öz oxucusunu tapması üçün mümkün olan hər şeyi edəcəyik.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.