Texnologiya

WhatsApp-dan yenilik - FOTO

5 Fevral 2016 21:42
18 Şərh     Baxış: 11 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp üçün daha bir yenilik hazırlanıb.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, "Whats Stats" adlanan yeni tətbiq siyahınızdakı şəxslərin bütün addımlarını öyrənmənizə imkan verir. Onlayn olduğunuz andan etibarən tətbiq seçdiyiniz şəxsi təqib etməyə başlayır.

Ötən il əfsanəvi bir şəkildə yayılan və WhatsApp üçün hazırlanmış ilk tətbiq olan "WhatsDog" "stalk" mədəniyyətini formalaşdırıb. İstədiyiniz adamın onlayn olub olmadığını öyrəndiyiniz bu proqram artıq "Google Play Store"da yerləşir. "WhatsStats" isə hazırda ən məşhur təbiqlər arasındadır.

Tətbiqin istifadəçilərə verdiyi məlumatlar o qədər çoxdur ki, az qala izlədiyiniz şəxsin aldığı nəfəsə qədər təqib edə bilirsiniz. Tətbiq şəxsin son görülmə zamanını, onlayn olduğu zaman kəsimlərini və ümumi onlayn olduğu müddəti, profil şəkili arxivi kimi bir çox addımını istifadəçiyə göstərir.

Təəssüf ki, bu tətbiq "iOS" əməliyyatlar sistemi üçün hazırlanmayıb. "Apple"in bu mövzudakı rəftarı sərt olduğu üçün tətbiqin hazırlanması mümkün deyil. Lakin proqramçılara sərhədsiz azadlıq təmin edən əməliyyat sistemi "Android" ağılımıza gələn hər şeyi tətbiq formasında hazırlamağa şərait yaradır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.