Texnologiya

TTV və Günəş TV "myvideo.az"da - VİDEO

26 Noyabr 2015 19:25
Baxış: 2 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Region televiziyalar şəbəkəsinə daxil olan iki televiziya şirkəti internet üzərindən canlı izlənmə şansı əldə etdi. Bundan sonra Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalı TTV  və Günəş TV-ni Azərspace peyki ilə yanaşı, dünyanın istənilən yerindən online də izləyə biləcəksiniz. Milli.Az xəbər verir ki, bunun üçün, sadəcə, myvideo.az  saytına daxil olub TTV və Günəş TV-ni seçməniz yetərlidir.

Cənubi Qafqazın və ölkənin ilk xəbər kanalı TTV daha bir uğura imza atdı. Artıq dünyanın istənilən yerindən internetə çıxışı olan hər kəs myvideo.az saytında TTV-ni seçməklə canlı efiri izləyə bilər. Bundan başqa internet istifadəçiləri bir ay müddətində efirdə yayımlanan istənilən xəbər buraxılışına, rubrikaya, maarifləndirici verilişlərə də baxmaq fürsəti qazanır.

TTV-nin nailiyyətləri bununla bitmir. Televiziyanın baş direktoru Nadir Şəfiyev kanalın bu uğuruna münasibət bildirərkən deyib ki, qarşıda kollektivi daha böyük layihələr gözləyir. Gələcək planlar barədə geniş açıqlama verməyən Nadir Şəfiyev hazırda televiziyanın ölkənin ilk xəbər kanalı olaraq çiyinlərində böyük məsuliyyət daşıdığını və bu istiqamətdə işlərin sürətləndirildiyini qeyd edib.

Ölkənin azyaşlı izləyicilərinə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edən Günəş TV də TTV ilə eyni gündə myvideo.az saytında online yayıma başlayıb. Bununla da asudə vaxtlarını səmərəli keçirmək istəyən uşaqların internet vasitəsilə qorxulu və lazımsız filmlər izləməsinə ehtiyac qalmayacaq. 

Qısa bir vaxtda uşaqların sevimlisinə çevrilən Günəş TV gələcəkdə maarifləndirici verilişlərin sayını artırmaqla bir sıra layihələrə də imza atacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
TTV və Günəş TV

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.