Texnologiya

Telefonlar "Wi-Fi" ilə enerji yığacaq

26 Noyabr 2015 11:54
1 Şərh     Baxış: 2 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universitetində işləyən alimlər "Wi-Fi"-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək "Power Over Wi-Fi" texnologiyasını hazırlayıblar.

İstehsalçı bildirib ki, bu texnologiya "Jawbone" fitnes bilərziyini 2,5 saat ərzində 41 faizədək enerji ilə doldura bilir. Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.
 
Milli.Az ictnews.az-a istinadən xəbər verir ki, sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də "Wi-Fi" şəbəkəsindən istifadə etmək mümkün olacaq. Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.