Texnologiya

Azərbaycanda "Twitter" istifadəçilərinin sayında xeyli artım var

4 Oktyabr 2015 20:01
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-sentyabr aylarında 66,7 faiz artıb. Milli.Az bildirir ki, bu barədə Trend "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

"Twitter"in Azərbaycan bazarında sentyabrın sonuna olan payı 9,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.

2015-ci ilin ilk 9 ayının yekununa görə, "Facebook"un istifadəçi auditoriyasında 7,8 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan "Facebook"un oktyabrın 1-nə olan ölkədəki bazar payı 80,8 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,7 faiz azdır.

2,63 faizlik payla üçüncü yerdə "Pinterest" qərarlaşıb. Daha sonra "Tumblr" (2,22 faiz), "Reddit" (1,32 faiz), "Google+" (1,1 faiz), "Vkontakte" (0,98 faiz) və başqaları gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.