Texnologiya

Türkiyə TROY-a keçir

3 Oktyabr 2015 23:20
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə tezliklə milli ödəniş sistemini istifadəyə verəcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, TROY adlanan layihənin 2016-cı ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. 
 
"Bizə daha müstəqil olmağa və ödənişlərdə innovasiyalar üçün ehtiyac duyulan əlavə vəsaitlərə qənaət etməyə imkan verən yerli həll lazımdır. Türkiyənin bank sektoru yeni alternativ ödəniş sistemi yaratmaq üçün ən yeni texnologiyalara malikdir", - yerli bank sektorunun ekspertlərindən biri deyib.
 
O, daha sonra qeyd edib ki, Türkiyə ödəniş sistemini geniş biliklər və texnoloji gücün köməyi ilə yaradılan mövcud infrastruktur əsasında tətbiq edir. Dünyanın müxtəlif ölkələrində daxili bazarda populyarlıq qazanan çoxlu yerli ödəniş üsulları mövcuddur.
 
Artıq Türkiyədə fəaliyyət göstərən bankların hamısı birinci milli ödəniş sisteminə qoşulub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.