Texnologiya

15 milyon insan qarət olundu

3 Oktyabr 2015 23:45
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naməlum hakerlər T-Mobile beynəlxalq mobil rabitə operatorunun 15 milyon abunəçisinin məlumatlarını oğurlayıblar. Bu barədə Experian şirkətinin rəsmi saytında deyilir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, cinayətkarlar Experian şirkəti T-Mobile abunəçilərinin kredit reytinqini yoxlayan zaman onun servislərindən birinə müdaxilə ediblər. Müdaxilə nəticəsində operatorun 1 sentyabr 2013-cü ildən 1 sentyabr 2015-ci ilədək xidmətlərindən yararlanan istifadəçilər zərər çəkiblər.
 
Bildirilir ki, cinayətkarlar abunəçilərin maliyyə və ya bank informasiyasını ələ keçirə bilməsələr də, onların adları, ünvanları, sosial sığorta və şəxsiyyət vəsiqəsi nömrələri oğurlanıb. Experian bütün zərərçəkənlərin kredit reytinqini iki il ərzində pulsuz yoxlayacağını bəyan edib.   
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.