Texnologiya

Nəhənglərə 415 milyon dollar cərimə

5 Sentyabr 2015 20:45
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ məhkəməsi "Apple Inc.", "Google Inc.", "Intel Corp.", "Adobe Systems Inc." şirkətləri və onların əməkdaşları arasında yaranan mübahisə ilə bağlı son qərarını verib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki,  həm indiki, həm də keçmiş 65 min əməkdaş işəgötürənlərə əlbirlik ittihamı irəli sürüb. İddiaya görə, şirkətlər bir-birinin işçisini işə qəbul etməmək barədə razılığa gəlib ki, bu da şirkətlərə əməkdaşların əməkhaqqılarını azaltmağa imkan verib.
 
Məhkəməyə 2011-ci ildə müraciət edilib. O zaman əməkdaşlar 2005-2009-cu illərdə əməkhaqqını azaldan şirkətlərin öz aralarında razılıq əldə etmələrindən şikayət ediblər.
 
Nəticədə məhkəmə kollektiv iddiaya görə ödəniləcək məbləği müəyyənləşdirərək şirkətlərin ümumilikdə 415 milyon dollar ödəməsi ilə bağlı qərar çıxarıb.
Milli.Az  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.