Texnologiya

Azərbaycan ikinci peykin istehsalçısını müəyyənləşdirdi

27 Avqust 2015 22:31
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ikinci telekommunikasiya peyki "Azerspace-2"-nin tikintisi ilə məşğul olacaq şirkəti müəyyənləşdirib. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, şirkətin adı yaxın zamanda açıqlanacaq: "Peykin orbitə çıxarılması 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlinə planlaşdırılır".

Xatırladaq ki, peykin tikintisi və yerüstü idarə mərkəzi üçün avadanlığın tədarükü tenderində ABŞ ("Orbital" və "Space Systems Loral"), Çin ("China Great Wall Industry Corporation") və Fransa ("Airbus Defence and Space") şirkətləri iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.