Texnologiya

"Facebook" "M" virtual köməkçisini sınaqdan keçirir

27 Avqust 2015 22:55
0 Şərh     Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsi ən yeni məhsulunun - "M" adlı virtual köməkçinin sınaqlarına başlayıb. Hələlik yeni məhsul San-Fransisko şəhərində əlçatandır.

AZƏRTAC "tass.ru" saytına istinadən xəbər verir ki, "Facebook"un yeni köməkçisi süni intellekt texnologiyasına əsaslanır. O, təkcə istifadəçinin sorğularını cavablandırmır, həm də məntiqə əsaslanaraq müəyyən hərəkətləri icra edir.

"M" virtual köməkçisi "Facebook" messencerinə inteqrasiya edilib. Sosial şəbəkənin yeni həlli "Google", "Apple" və "Microsoft" şirkətlərinin müvafiq köməkçiləri ("Google Now", "Siri" və "Cortana") ilə rəqabət aparmağa başlayacaq. Virtual köməkçi məhsullar satın ala, restoranda masa sifariş edə və ya səfərlər təşkil edə bilər.

"Facebook" şirkəti San-Fransisko da keçirilmiş sınaqlardan sonra "M" virtual köməkçisinin fəaliyyətini digər regionlarda da genişləndirməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.