Texnologiya

Nazirlik dövlət əhəmiyyətli sənədlərin ekspertizası ilə məşğul olacaq

26 Avqust 2015 15:43
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində dövlət əhəmiyyətli sənədlərin qiymətləndirilməsi üzrə Mərkəzi Ekspert Komissiyası yaradılıb.

Trend bu barədə Nazirliyin yaydığı xəbərə istinadən məlumat verir.

Nazirliyin məlumatına əsasən, Komissiya sənədlərin (həmçinin elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədilə yaradılıb.

Mərkəzi Ekspert Komissiyasının qərarları Nazirliyin rəhbərliyi, lazım gəldikdə isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Komissiyanın əsas funksiyalarına sənədlərin dəyərinin ekspertizası üzrə metodiki və praktiki işlərə, o cümlədən, kargüzarlıq sənədlərinin təşkili (sənədlərin təsnifatı, işlərin nomenklaturasının tərtibi, onların arxivdə saxlanılması üçün hazırlıq işləri) məsələlərinə baxmaq, onları müzakirə etmək və bu təkliflərin müzakirə edilməsi üçün dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasına təqdim etmək daxildir.

Mərkəzi Ekspert Komissiyası müəyyən olunmuş tələbatlara uyğun olaraq sənədlərin saxlanılması, məhv edilməsi, tənzimlənməsi və onların Mərkəzi arxivə verilməsi məsələləri üzrə Nazirliyin Aparatının struktur bölmələrinə, onun strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göstərişlər vermək səlahiyyətlərinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.