Texnologiya

Azercell-in Facebook səhifəsi niyə bağlandı?

20 Avqust 2015 17:09
0 Şərh     Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ən böyük mobil operatorlarından olan "Azercell"in rəsmi Facebook səhifəsi yoxa çıxıb.

Milli.Az azxeber.com-a istinadən bildirir ki, operatorun rəsmi səhifəsi artıq neçə gündür ki, sosial şəbəkədən silinib.

Səhifəyə daxil olunan zaman isə istifadəçilərə belə bir xəbərdarlıq göndərilir:

"Üzr istəyirik, hazırda səhifəyə daxil olmaq mümkün deyil. Ola bilsin ki, sizin daxil olduğunuz linkdə problem var və yaxud həmin səhifə mövcud deyil".

Səhifədə 375 715 bəyənmə var idi və 2 682 nəfər həmin səhifə haqqında danışırdı.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, səhifənin yoxa çıxmasına səbəb səhifənin saxta (fake) profillərindən ibarət olması olub.

Şirkətdən verilən məlumatda isə deyilir: 
"İstifadəçilər Facebook fan səhifəsindən istifadə zamanı müvəqqəti çətinliklə qarşılaşa bilərlər. Tərəfimizdən müvafiq tədbirlər görülür və qısa müddət ərzində bütün istifadəçilərdə Facebook səhifəmizdən istifadə imkanı bərpa ediləcək".

Qeyd edək ki, digər mobil operatorlardan "Bakcell"in Facebook-da 363 min, NAR Mobile-nin isə 275 min bəyənəni var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.