Texnologiya

Facebook-dan xoş xəbər

19 Avqust 2015 16:53
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook özünün "qeydlər" (notes) bölməsini yeniləyir.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, əvvəllər daha uzun mətnləri yazmaq üçün istifadə olunan bölmə yeni dizayn və funksiyalarıyla artıq bir növ bloqa çevrilir.

Bölmə fotolar, geniş mətn sətirləri, daha böyük şriftlə istifadəyə veriləcək. Facebook "qeydlər"ə istifadəçiləri işarələmək, həştəq yaratmaq funksiyalarını da əlavə etməyə çalışır.

Yazıları istəkdən asılı olaraq, dostlara və ya hər kəsə açıq etmək olacaq.

Hazırda sınaq mərhələsində olan bölmə görünüşünə görə məşhur bloq platforması "Medium"a bənzəyir.

Yaxın zamanda bölmə yeni dizaynı ilə bütün istifadəçilərdə işlək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.