Texnologiya

Windows 10: kim, nə qədər?

1 Avqust 2015 21:25
0 Şərh     Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Microsoft korporasiyası yeni Windows 10 əməliyyat sisteminin start uğuru haqda məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram nəhənginin bloqundakı məlumata əsasən, Windows 10 əməliyyat sisteminin yekun versiyasının rəsmi çıxarılışı anından ötən 24 saat ərzində bu platforma ilə işləyən kompüter qurğularının sayı 14 milyona çatıb.

Microsoftun Cənubi Afrika bölməsinin direktoru Entoni Doqerti deyib ki, Windows 10 sisteminin smartfonlar üçün nəzərdə tutulmuş mobil versiyası cari ilin noyabrında əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.