Texnologiya

Facebook nəhənglərin sınağına başlayır

1 Avqust 2015 23:55
1 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Associated Press nəşri yazır ki, Facebook sosial şəbəkəsi internetə qoşulmaq üçün siqnal paylayan və günəş batareyaları ilə işləyən nəhəng pilotsuz uçan aparatların sınaqlarına başlamağa hazırdır. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, sosial şəbəkənin mühəndisləri 457 kq çəkisində pilotsuz təyyarə hazırlayıb. Uçuş aparatı siqnalı Yerdə quraşdırılmış stansiyaya ötürmək üçün lazer şüasından istifadə edəcək.
 
Bu pilotsuz təyyarə planetin ucqar ərazilərinin internetə qoşulması proqramı çərçivəsində hazırlanıb. Facebook həmçinin peyk və başqa qurğular hazırlayır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.