Texnologiya

Facebook yeni xidməti işə salır

1 Avqust 2015 23:20
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə Facebook şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.
 
Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və  kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır.
 
2014-cü il yazında Facebook Oculus Rift virtual reallıq şleminin yaradıcısı kimi tanınan Oculus VR şirkətini 2 milyard dollara satın alıb. İndi Facebook bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.
 
Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında Facebook şəbəkəsində virtual reallıq platforması yaradılacaq.
 
Mütəxəssislər bildirir ki, əgər Facebook virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.