Texnologiya

Windows 10 interneti zəiflədə bilər

1 Avqust 2015 22:20
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Windows 10 əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur. WCCF tech şirkətinin ekspertləri platformanın işıq üzü görməsinin və kütləvi şəkildə yüklənməsinin dünyada internetin sürətində problemlər yarada biləcəyini istisna etmirlər. 

Microsoft korporasiyası yenilənmələrin problemsiz paylanması üçün bütün iri şəbəkələrdə 40 Tbayt/saniyə tutumlu kanal ehtiyat edib. Lakin artıq iyulun 28-da gündüz bu kanalda yüklənmə 10 Tbayt/saniyəni ötüb və yeni regionlara qoşulduqca artmaqda davam edir.
 
Ekspertlərin fikrincə, Windows 10 sayəsində Microsoft internet trafikinin həcmində rekord göstəriciyə nail olacaq. Onlar əmindir ki, həftə ərzində şəbəkədə yüklənmə çox yüksək olacaq və istifadəçilər internetdə yükləmələr zamanı fasilələrin yaranması və sürətin azalması ilə rastlaşa biləcəklər.  
Qeyd edək ki, yeni Windows 10 əməliyyat sisteminin satışına iyulun 29-da başlanılıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Windows 7 və Windows 8.1 sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan Windows 10-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - Windows 7 korporativ, Windows 8/8.1 korporativ və Windows RT/RT 8.1 korporativdə yenilənmələr pulsuz olmayacaq.
 
Microsoft-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, Windows 10-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.
 
Windows 10-da əvvəlki Start menyusu yenidən yer alacaq və Cortana səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. Cortana həmçinin istifadəçinin Windows sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.
 
 Windows Hello biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik Office 2016 ofis əlavəsi və Microsoft Edge brauzerinin quraşdırılmasıdır. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.