Texnologiyanın nəbzini daim tutmağı bacaran "Texno Park" bu həftə də çox maraqlı olacaq.
Fabrik istehsalı olan plastmass plitələrdən yollar əvvəlcə dünyada ilk dəfə olaraq Rotterdamda inşa ediləcək. Yeni yol örtüyünün modulları tullanmış plastik butulkalardan hazırlanacaq.
Bundan başqa, Dubayda istifadəyə verilən ağıllı palmalar, danışıqların məxfiliyini qorumağı bacaran smartfon haqqında məlumatlar da "Texno Park"da olacaq.
"Texno Park" bazar günü 18:00-da, təkrarı isə cümə axşamı saat 12:00-da Zaur Əliyevin təqdimatında Lider kanalında!