Texnologiya

“Facebook”un gəliri açıqlandı

30 İyul 2015 23:27
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" bu ilin birinci yarısı üçün maliyyə nəticələrini açıqlayıb. 

Milli.Az publika.az-a istinadən bildirir ki, "Facobook"un ümumi gəliri ötən ilin müvafiq dövründə 82% artaraq 2.76 milyard dollara çatıb. Bu açıqlamadan sonra isə şirkətin hissələrində 5% azalma müşahidə edilib. Buna səbəb kimi isə xərclərin çox olması və ya istifadəçilərin sayının gözləniləndən az olması iddia edilir.
 
Şirkətin ikinci dövr maliyyə hesablarında gəlirlərinin 39% artaraq 4.04 milyard dollara çatdığı bildirilir.  "Wall Street" analitiklərinin gəlirlərlə bağlı gözləntiləri isə 3.99 milyard dollar civarında idi. Bu gəlirin 719 milyon dolları şirkətin karı hesab edilib. Bu da bir hissə üçün 25 sent demək idi. Bir il əvvəl isə şirkətin karı 791 milyon dollar olub ki, bu da bir hissə üçün 30 sent demək idi. "Facebook" analitiklərinin təxmini hesablamalarına görə, bir hissə üçün kar 47 sent ola bilərdi.
Şirkətin "Whatsapp"ı alandan sonra reklam gəlirləri 43 faiz artıb. Bunun 65%-i mobildən gələn gəlirlərdir.
Bu ilin ilk yarım ilində istifadəçi sayı 1.49 milyarda çatan "Facebook"un gündəlik aktivliyi 968 milyondur. Şirkətin proqnozlarına görə, gündəlik istifadəçi sayı 970 milyon olmalı idi.
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.