Texnologiya

Yaponlar futbolçunu 3D printerdə çap etdilər - FOTO

25 İyul 2015 14:07
Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın texnologiyasından ən yeni və maraqlı xəbərlər hər dəfə olduğu kimi Zaur Əliyevin təqdimatında evlərinizə qonaq gələcək. Budəfəki maraqlı mövzularımızdan bir neçəsi barədə qısa məlumat vermək istərdik.

Yaponlar bu dəfə 3D texnologiyanın köməyi ilə futbolçunun silikon surətini çap etdilər. Həm də "Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldunun. Alimlər Ronaldunun bədənini dəqiq kopiyalamaq üçün 110 mikrokameradan istifadəyə əsaslanan 3D skandan istifadə ediblər.

Bundan başqa, İsveçrə poçtunda məktubların daşınması üçün uçan aparatların köməyindən istifadə ediləcək. Dünyanın ən qeyri-adi və sürətli liftlərinin top 10-luğu bizim efirdə olacaq.

"Texno Park" bazar günü 18:00-da, təkrarı isə cümə axşamı saat 12:00-da Zaur Əliyev-in təqdimatında, Lider kanalında!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.