Texnologiya

Nokia və Alcatel birləşdilər

26 İyul 2015 22:15
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası iri telekommunikasiya avadanlığı istehsalçıları Nokia və Alcatel-Lucent şirkətlərinin birləşməsini bəyənərək sazişin sahədə sağlam rəqabətə mənfi təsir etməyəcəyini bəyan edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu ilin aprelində Finlandiya istehsalçısı Alcatel-Lucent şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb.

2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş Lucent Technologies şirkətinin Ascend Communications şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin Nokia tarixində bu satınalma ən böyük satınalma hesab edilir.

Bloomberg agentliyinin Avropa Komissiyasının bəyanatına əsasən verdiyi məlumata görə, Nokia və Alcatel-Lucent şirkətlərinin birləşməsi nəticəsində mobil şəbəkələr üçün Avropa İttifaqının 28 ölkəsi ərazisində rəqabətin inkişafına mane ola bilməyəcək avadanlıq istehsalçısı yaradılacaq.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.