Texnologiya

Messencerlər əsas vasitə olacaq

26 İyul 2015 20:15
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ 1996-cı ildə müasir internetin yaradıcılarından biri Tim Berners Li bildirmişdi ki, ümumdünya şəbəkəsinin əsas rolu insanları birləşdirməkdir. İnternetin bu funksiyası həmişə əsas olub və ani mesaj mübadilə proqramları bunu təcəssüm edib. 

Bu gün belə xidmətlərin populyarlaşmasını müşahidə etmək olar. Facebook öz messencerini istifadəyə verib və WhatsApp messencerini 19 milyard dollara satın alıb. ABŞ-da isə gənclər şəkil və video ilə mübadilə üçün Snapchatdan aktiv istifadə edirlər. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, zaman ötdükcə ani mesajlaşma xidmətləri sosial şəbəkələri tədricən sıxışdırır.

Messencerlər şəxsi yazışma, audio və videomesajların ötürülməsi üçün istifadə olunur və fərdi məlumatların təhlükəsizliyini təmin edir.
 
Messencerlərin əsas özəlliyi məlumatların təhlükəsizliyi və informasiyanın sürətli ötürülməsidir.
 
Amma messencerlərin populyarlaşması həm də mobil internetin yayılması ilə izah olunur. Məhz bu səbəbdən 2012-ci ilin sonundan dünyada göndərilən SMS-lərin sayı daima azalır.
 
Eyni zamanda dünyada populyar olan WhatsApp və Viber messencerləri öz auditoriyasını müvafiq olaraq 700 və 200 milyonadək artırıblar və Facebook Messenger istifadəçilərinin sayı ildə 200 faiz yüksəlir. Çinin WeChat xidməti həmçinin populyarlaşıb və indi sürətlə populyarlaşan Xiaomi smartfonlarına avtomatik quraşdırılır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.