Texnologiya

Yeni, gizli şəbəkə yaradılır

26 İyul 2015 19:15
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər məxfi internetdən istifadə üçün yüksək sürətli brauzer hazırlayıb. İsveçrə və Britaniyadan tərtibatçılar komandası bildirib ki, populyar Tor anonim şəbəkəsində çatışmazlığı aradan qaldırmaq üsulunu tapıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məxfi şəbəkələrdə internet sürətinin zəif olmasına səbəb ötürülən məlumatların dəfələrlə şifrələnməsidir. Avropalı tərtibatçılar iddia edir ki, onlar tərəfindən yaradılmış Hornet adlı sistem məlumatları nəzəri cəhətdən saniyədə 93 qiqabit sürətlə ötürülə bilər.

Hornet sistemi konseptual cəhətdən şəbəkədə öz məxfiliyini gizlətmək istəyən insanlar arasında populyar olan The Onion Router-ə (Tor) oxşardır. Ancaq istifadəçilərin sayının artımı şəbəkəni əlavə yükləyir və sistemin ümumi işini zəiflədir.

Məlumatların işlənməsinin yeni metodu bu problemi aradan qaldırmağa imkan verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.