Texnologiya

Sony ucuz, pilotsuz aparatlar yaradacaq

25 İyul 2015 19:45
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Sony şirkəti korporativ müştərilərə xidmət göstərəcək xüsusi pilotsuz uçan aparatların istehsalı üzrə bölmə yaradıb.

Aerosense adlandırılan yeni struktur Tokionun avtopilot texnologiyalarda ixtisaslaşan ZMP şirkəti ilə birgə müəssisə olacaq. Sony və ZMP Aerosense şirkətinin həmsahibi olmaqla pilotsuz uçan aparatların deyil, onların xidmətlərinin satışı ilə məşğul olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu, Sony və ZMP şirkətlərinin ilk əməkdaşlığı deyil. Bundan əvvəl şirkətlər sürücüsüz idarə olunan avtomobillər üçün texnologiya hazırlayıblar. Həmçinin ZMP DeNA kompüter oyunları istehsalçısı ilə sürücüsüz taksilərin yaradılması sahəsində əməkdaşlıq edir.

Aerosense pilotsuz uçan aparatlarından ucqar obyekt və ərazilərin tədqiqi üçün istifadə ediləcək. Onlar Sony-nin artıq iPhone smartfonlarında və Samsung Galaxy qurğularında istifadə olunan fotosensorları ilə təchiz ediləcək. Struktura şirkətin mobil bölməsinin rəhbəri Hiroki Totoki başçılıq edəcək. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.