Texnologiya

Vikipediya mobil operatoru işə saldı

23 İyul 2015 21:15
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Business Insider nəşri yazıb ki, Vikipediya onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uels ABŞ-da abunəçilərin öz telefon hesablarından xeyriyyəçiliyə vəsait yatırmasına imkan verən mobil operator işə salıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, operator 2012-ci ildən Böyük Britaniyada fəaliyyət göstərən müvafiq xidmətin şərəfinə TPO (The People's Operator - Xalq operatoru) adlandırılıb. Yeni mobil operator aşağıdakı prinsip üzrə işləyir: xidmət ənənəvi mobil operator kimi eyni funksiyaları (zəng, sms) təqdim edir, ancaq hər ay abunəçinin hesabından 10 faiz xeyriyyəçilik fəaliyyətinə sərf olunur.

Layihə Sprint mobil operatoru ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Standart müqavilə üzrə təkliflərdən başqa, abunəçi başqa tarifləri də seçə bilər. Məsələn aylıq 32 dollara limitsiz sms və danışıq. Yeni mobil operatorun yaradıcıları abunəçinin hesabından kömək məqsədi ilə tutulmuş 10 faizdən başqa, həmçinin xidmətdən əldə olunan gəlirin 25 faizini NSPCC və Childline xeyriyyə təşkilatlarına göndərəcək.

2000-ci ildə Cimmi Uels və Larri Senqer birgə Nupediya ensiklopediyasını yaradıblar. Vikipediya ensiklopediyası 2001-ci ildə yaradılıb və əsas özəlliyi ondan ibarətdir ki, istənilən insan məqaləni hazırlaya və redaktə edə bilər. Hazırda sözügedən ensiklopediya 276 dildə əlçatandır. 2013-cü ildə Cimmi Uels YUNESKO tərəfindən mükafatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.