Texnologiya

Google dünyada 2-ci oldu

22 İyul 2015 23:45
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftənin cümə günü hərrac zamanı Google-un bazar kapitallaşması 65 milyard dollar məbləğində yüksələrək 468 milyard dollar təşkil edib. Axtarış nəhəngi ABŞ-ın ən bahalı şirkətləri siyahısında Appledan sonra ikinci pilləni tutub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son günlərdə başqa İT şirkətlərin də səhmləri bahalaşıb. Məsələn, cümə günü Facebookun səhmlərinin dəyəri, həmçinin yüksəlib.
Ötən həftənin cümə axşamı Google tərəfindən dərc edilmiş ikinci rübün nəticələri gözlənildiyindən daha əlverişli olub. Ancaq investorlar üçün maliyyə göstəriciləri deyil, smartfonlarla bağlı biznesin Googleun axtarış sistemindən əldə etdiyi gəlirə zərər vurmaması vacib xəbər olub.

Google-un müştəriləri arasında mobil istifadəçilərin payı artır. Smartfonlarda reklam Google üçün uzun müddət ciddi problem olaraq qalıb: bu qurğuların ekranı çox kiçikdir və alış-veriş etmək çətindir. Bu yaxınlarda şirkət avtomobil və daşınmaz əmlak bazarı üçün mobil reklamın yeni formatını təklif edib.

Mobil texnologiyalar elektron ticarəti və istehlakçıların davranışını dəyişdirir - Googleun reklam və ticarət bölməsinin direktoru Sridxar Ramasvami bildirib. Biz elan verənlər və tərəfdaşlarla birgə mobil texnologiyaların bütün üstünlüklərini göstərmək və bu sahədə güclü artımı təmin etmək istəyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.