Texnologiya

Ağıllı məişət satışları sürətlənir

22 İyul 2015 22:45
0 Şərh     Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar bir çox məişət texnikası istehsalçıları öz çeşidlərinə ağıllı funksiyalar və internetə qoşulma imkanına malik modellər əlavə edib.

IHS analitikləri hesab edir ki, yaxın illərdə bu tendensiya güclənəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, gözləntilərə görə, növbəti beş ildə internetə çıxışa malik qlobal ağıllı məişət cihazları bazarının həcmi ildə orta hesabla 134 faiz yüksələcək. Nəticədə 2020-ci ilədək bu seqmentdə qurğuların tədarükü 223 milyona yaxınlaşacaq. 2014-cü ildə bu göstərici 1 milyon olub. İndiki halda ekspertlər ağıllı funksiyalara malik qabyuyan, paltaryuyan maşın, soyuducu, kondisioner kimi böyük məişət texnikasını nəzərdə tuturlar.

Şəbəkəyə çıxış imkanına malik başqa ev cihazlarını da bura daxil etsək, bu göstərici 700 milyon təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.