Texnologiya

Sputnik Azərbaycanda radioyayıma başladı

2 İyul 2015 16:12
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Sputnik beynəlxalq xəbər agentliyi Azərbaycanda radioyayıma başladığını elan edir.

Sputnik Azərbaycan radiosu "Araz" radiostansiyasının dalğasında (103.3 FM) həftədə beş gün saat 10.00-dan 20.00-dək hər saatın əvvəli xəbər buraxılışları ilə canlı yayıma çıxır.

Gün ərzində Sputnik Azərbaycan radiosu ən aktual dünya və region xəbərlərindən ibarət 11 informasiya buraxılışı ilə Azərbaycan dilində efirə qoşulur. Radioburaxılışları, həmçinin internetdə on-line izləmək və ya mətn və audio formatında Sputnik Azərbaycan portalının multimedia bölməsində tanış olmaq olar.

Sputnik informasiya portalı Azərbaycanda 2015-ci ilin mayında sputnik.azru.sputnik.az saytlarında fəaliyyətə başlayıb.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.