Texnologiya

Dropbox yeni rekord vurdu

25 İyun 2015 23:25
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ildə Dropbox bulud fayl saxlancı istifadəçilərinin sayı 400 milyonadək yüksəlib. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

"Biz 2007-ci ildə Dropbox bulud fayl saxlancını bir ideya ilə yaratmışıq: insanlara istənilən məkanda və istənilən vaxtda fayllarına sadə və təhlükəsiz giriş imkanı yaratmaq" - tərtibatçılar bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, indi Dropbox auditoriyası 400 milyon istifadəçidən ibarətdir. Onlar hər gün 1,2 milyarddan çox fayl sinxronlaşdırır, hər saat 100 mindən çox ümumi qovluq və istinad yaradır və hər saniyə 4000 düzəliş edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.