Texnologiya

Gmail-də əla yenilik

25 İyun 2015 21:25
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkəti Gmail poçt servisinə elektron məktubların göndərilməsinin ləğvi funksiyasını əlavə edib. Bu barədə şirkətin məlumatında deyilir. 

Gmail ilə göndərilən məktubu hesabdakı funksiyalarda müvafiq vaxt müddətini seçməklə 5,10, 29 və ya 30 saniyə ərzində geri qaytarmaq olar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçi "Göndər" düyməsini basan zaman ekranın yuxarı hissəsində sarı rəngdə düzbucaqlı görünür və Gmail göndərişi ləğv etməyi təklif edir. Funksiyadan il ərzində istifadəçinin əvvəlcədən seçdiyi müddətdə istifadə etmək olar. Göndərilməsi ləğv edilən məktublar Qaralama qovluğunda qalır.
 
Funksiya avtomatik olaraq söndürülüb və onu ümumu funksiyalarda aktivləşdirmək mümkündür.
 
Mobil qurğulardan məktubların göndərilməsini ləğv etmək üçün istifadəçinin Inbox əlavəsini quraşdırması tələb olunur. Gmail standart əlavəsində və mobil versiyada funksiyadan istifadə mümkün olmayacaq. Google şirkəti Inboxda məktubun göndərilməsinin ləğvi funksiyasının mayın 28-dən tətbiq olunmasını bəyan edib.
 
2015-ci ilin mayına olan məlumata görə, Gmail istifadəçilərinin 75 faizi poçta mobil qurğular vasitəsilə daxil olub. Dünyada servis istifadəçilərinin ümumi sayı 900 milyon təşkil edir. Bu rəqəmi mayın sonunda Google I/O konfransında şirkətin məhsullar üzrə vitse-prezidenti Sundar Piçai səsləndirib. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.