Texnologiya

Neft kompüterlərə axacaq

25 İyun 2015 23:35
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft mənşəli nanokarbon katalizatorlarının alınmasına imkan verən beynəlxalq laboratoriya yaradılıb

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (INTERLABCAT) adlı beynəlxalq laboratoriyanın yaradılması barədə qərar qəbul edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında verilib.
 
AMEA-dan bildirilib ki, bununla bağlı çıxış edən Kimya Elmləri Bölməsinin akademik katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir.
 
Akademik vurğulayıb ki, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanması və bu istiqamətdə aparılacaq digər tədqiqatlara maraqlıdırlar. Qeyd edib ki, yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.