Texnologiya

Lenovo fləş-kart boyda kompüter göstərdi

25 İyun 2015 22:35
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Lenovo şirkəti fləş-kart ölçüsündə IdeaCenter Stick 300 qurğusunu təqdim edib. IdeaCenter Stick 300 qurğusunu işlətmək üçün onu HDMI konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və maus lazımdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mikrokompüter dördnüvəli Intel Atom Z3735F prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. IdeaCenter Stick 300 Windows 8.1 əməliyyat sistemi (ƏS) ilə işləyir və tezliklə Windows 10 ƏS-nə yenilənəcək. Qurğu, həmçinin Wi-Fi 802.11 b/g/n və Bluetooth 4.0 standartlarını dəstəkləyir. Daxili dinamikin mövcudluğu qurğunun fərqləndirici xüsusiyyətidir.

Qurğu iyulda satışa çıxarılacaq. Lenovo IdeaCenter Stick 300 qurğusunun dəyəri 129 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.