Texnologiya

Smart TV-lər haker hücumuna məruz qalacaq

25 İyun 2015 23:10
1 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kasperski laboratoriyası şirkətinin təsisçisi və rəhbəri Yevgeni Kasperski istifadəçiləri müasir televizorlara mümkün haker hücumları barədə xəbərdarlıq edib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, kompüterlər, mobil qurğular yoluxdurulur. Növbəti hədəf nə olacaq? Əminəm ki, bu dəfə tam yeni hücum növü ağıllı televizorlara olacaq, - o bildirib.  
 
Onun sözlərinə görə, televizor və ya digər texnika internetə qoşulubsa, deməli, onların hücumlara məruz qalmasını ehtimal etmək olar. İnternetə çıxışı olan, şəbəkəyə qoşulan bütün avadanlıqlar gec-tez haker hücumuna məruz qalacaq, - şirkət rəhbəri qeyd edib.
 
"Bununla yanaşı, virus hücumlarına şəbəkəyə qoşulan digər texnika, o cümlədən saatlar, qəhvəbişirənlər və tozsoranlar məruz qala bilər. Kasperski laboratoriyası hər gün 300 mindən çox yeni zərərli fayl aşkar edir. 2004-cü ildə aşkar olunan virusların sayı 500 min, 2014-cü ildə 260 milyon olub", - Y.Kasperski deyib.  
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.