Texnologiya

iPad mini-nin satışları dayandı

23 İyun 2015 21:15
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Apple korporasiyası birinci nəsil iPad mini planşetinin satışlarını dayandırıb. Beləliklə, istehsalçının yığcam planşetlər istehsal xəttində yalnız Retina ekran və 64 bitlik çiplərlə təchiz edilmiş modellər qalıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, birinci nəsil iPad mini planşet kompüteri Appleın internet mağazasından və rəsmi saytından çıxarılıb.
 
Birinci nəsil iPad mini versiyasından imtina tamamilə gözlənilən idi. Bu model faktiki olaraq 9,7 düymlük iPad 2 planşetinin kiçildilmiş modifikasiyası idi, sonuncunun satış həcmi 2014-cü ilin əvvəlində dayandırılıb. Alıcılar 50 dollar çox ödəməklə Retina ekran, daha güclü prosessor və iki dəfə daha tutumlu əməli yaddaşla təchiz edilmiş iPad mini 2 satın ala bilərdilər.
 
iPad mini 2012-ci ilin oktyabrında çıxarılıb. Aparat 1024 x 768 (163 ppi) nöqtə təsvir ölçülü 7,9 düymlük ekran, ikinüvəli Apple A5 prosessoru, 512 MB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.