Texnologiya

Koreyada internet axsadı

23 İyun 2015 23:45
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının ərazisində internetə çıxışda dövri nasazlıqlar müşahidə olunur. Təxminən iki həftə əvvəl Koreya yarımadasının şimalında şəbəkəyə qoşulma ilə bağlı problemlər meydana çıxıb və indiyədək aradan qaldırılmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu gün bir sıra saytlara daxilolma zamanı ekranda aşağıdakı yazı göstərilib: Xəbərdarlıq! Qara siyahıya daxil edilib. İndi əcnəbilər mobil telefonlar vasitəsilə internetə qoşulmaq imkanına malik deyil. Bu xidmətlər Koreya Xalq Demokratik Respublikasında yeganə 3G operatoru olan Koryolink şirkəti tərəfindən təqdim edilib. Yandex və Google axtarış sistemlərinə, Facebook sosial şəbəkəsinə, həmçinin Twitter mikrobloquna daxilolmada problemlər yaşanır.

Koreya Xalq Demokratik Respublikasının mətbuatı hələ ki yerli internetin işindəki nasazlığın səbəbi haqqında heç nə yazmayıb. Versiyalardan birinə görə, şəbəkənin qeyri-stabil fəaliyyəti elektrik enerjisi təchizatı sistemində daimi nasazlıqlarla əlaqədardır.

Yerli mütəxəssislərin fikrincə, Pxenyanda bir sıra saytlara daxilolma ilə əlaqədar problemlər mümkün kiberhücumlara qarşı önləyici tədbirlə əlaqədardır.

Koreya Xalq Demokratik Respublikasında internetə çıxış məhduddur. Ölkənin adi vətəndaşları üçün hökumətin siyasətinin, müxtəlif elmi-texniki informasiya, mədəniyyət və idmanın təbliğatına həsr edilmiş Kwangmyong adlı daxili şəbəkə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.