Texnologiya

Wikipedia 7471 cild kitabda buraxılacaq

20 İyun 2015 20:15
0 Şərh     Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilisdilli Wikipedia internet ensiklopediyasının bütün məqalələri iyunun 18-dən iyulun 2-dək Nyu-Yorkda keçiriləcək Aaaaa! to ZZZap! sərgisində çap olunacaq. 7471 cilddən ibarət ensiklopediyanın tam versiyasını 500 dollara almaq mümkün olacaq.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, çap prosesi 11-14 gün təşkil edəcək. Çap olunan hər Wikipedia cildi 700 səhifədən ibarət olacaq. Beləliklə, 5 milyon 244 min 111 səhifədə 7,5 milyon müəllifin məqaləsi dərc ediləcək.
 
Layihə müəllifi mövcud Wikipedia bazasını kitab formatına çevirməyə imkan verən xüsusi proqram təminatı yaratmış ABŞ rəssamı və proqramçısı Maykl Mandiberqdir.
 
Sərgi Wikimedia Foundation beynəlxalq qeyri-kommersiya təşkilatının və Lulu.com onlayn çap xidmətinin dəstəyi ilə keçirilir.
 
2001-ci ildə yaradılan Wikipedia internet ensiklopediyasının özəlliyi ondadır ki, hamı məqalə yarada və onu redaktə edə bilər. Hazırda ensiklopediyadan 276 dildə istifadə mümkündür.   
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.