Texnologiya

Hansı şirkət liderdir?

20 İyun 2015 19:15
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəxsi həyatın toxunulmazlığını korporasiya, dövlət orqanları və hətta sadəcə fiziki şəxslərdən qorumaq ildən-ilə çətinləşir. Nə etirazlar, nə qanun, nə ehtiyat tədbirləri bu vəziyyəti xilas etmir. İstifadəçilər və informasiya təhlükəsizliyi ekspertləri hesab edirlər ki, məxfilik uğrunda mübarizə artıq uduzulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Electronic Frontier Foundation (EFF) qeyri-kommersiya hüquq müdafiə təşkilatı internet xidmətləri tədarükçüləri haqda illik hesabatını dərc edib və onların istifadəçi məlumatlarına yanaşması və fərdi informasiyanı mühafizə edən qanunlara riayət etməsinə əsaslanaraq reytinq tərtib edib. Bu il Apple korporasiyası maksimum ulduz toplayıb.

2013-cü ildə EFF Apple korporasiyasını bir ulduzla qiymətləndirmişdi. Ancaq son zamanlar adı çəkilən şirkət məxfiliyin siyasətini şəffaflığa doğru dəyişdirib.

Reytinqə daxil edilmiş 24 texnologiya şirkətindən yalnız 8-i beş ulduzla qiymətləndirilib: Apple, Adobe, Credo, Dropbox, Sonic.net, WordPress, WikiMedia və Yahoo!. Hüquq müdafiəçilərinin versiyasına görə, WhatsApp messenceri və AT&T operatoru ən aşağı qiymətləndiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.