Texnologiya

Ən böyük üzən stansiya işə salındı

28 May 2015 22:45
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Kasay şəhərində dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib. Bu haqda layihənin hazırlanması ilə məşğul olan Kyocera şirkəti məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, stansiya Sakasamaike gölünün səthində yerləşir. 1x1.7 metr ölçüsündə olan doqquz min günəş paneli 2,3 meqavatt (mvt) enerji generasiya edir ki, bu da 820 evi elektrik enerjisi ilə təmin edəcək. Cari ilin martında Kyocera şirkəti daha iki üzən günəş elektrik stansiyası istifadəyə verib. Onların birgə gücü 2,9 mvt təşkil edir.

Kyocera şirkəti günəş panellərinin əsas istehsalçılarından biri hesab edilir. 2013-cü ilin sonunda korporasiya ölkədə 78 mvt-dək elektrik enerjisi generasiya edən ən böyük günəş elektrik stansiyasını istifadəyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.