Texnologiya

9 dollarlıq kompüter satılacaq

26 May 2015 21:35
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı mühəndislər 9 dollar məbləğində yığcam kompüter təqdim edib. Planetin hər bir sakini üçün əlçatan olan bu qurğu standart əməliyyatların (ünsiyyət, oyun, internetdə axtarış, mətn sənədlərinin yaradılması) icrası üçün yararlıdır.

RT telekanalının məlumatına görə, qurğu yalnız ucuz deyil, həm də olduqca yığcamdır. Bununla belə bütün əsas funksiyaları yerinə yetirir. Bu yığcam kompüterin köməkliyi ilə mətn sənədlərini yaratmaq və redaktə etmək, internetdə informasiya axtarmaq, həmçinin sadə oyunlar işə salmaq olar. Kompüterin dəyəri 9 dollar təşkil edir ki, planetin hər bir sakini bu qurğunu satın ala bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu kompüter CHIP adlandırılıb. İstehsalçılar əmin edirlər ki, cihaz 1 QHs takt tezlikli prosessor, 515 MB əməli yaddaş və 4 QB tutumunda sərt disklə təchiz edilib. Həmçinin Wi-Fi və Bluetooth modulları quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.